Geosiyasi transformasiyalar və beynəlxalq aləmdəki dəyişikliklər Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) məsuliyyəti sahəsində vəziyyətə güclü təsir göstərir. Bu barədə KTMT-nin baş katibi İmanqali Tasmaqambetov mətbuat konfransında bildirib.
“Dövlət başçıları KTMT-nin məsuliyyət zonasındakı hərbi-siyasi vəziyyət və onun mümkün inkişaf variantları ilə bağlı məsələləri çox maraqlı müzakirə etdilər”, – deyə o qeyd edib”.
Bununla bağlı təşkilatın baş katibi şuranın sessiyası zamanı qəbul edilən qərarların və imzalanan sənədlərin “Avrasiya məkanında təhlükəsizliyin təmin edilməsi üçün müstəsna əhəmiyyət kəsb etdiyinə” diqqət çəkib.
Noyabrın 28-də Astanada KTMT Kollektiv Təhlükəsizlik Şurasının sessiyası keçirilib. Əsas tədbirdə Rusiya, Qazaxıstan, Belarus, Qırğızıstan və Tacikistan prezidentləri iştirak ediblər. Ermənistan rəhbərliyinin nümayəndələri sessiyada iştirak etməyiblər. (Tass)