İyun 19, 2025-12:22
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Naxçıvan və İqdırdan olan şagirdlər Çanaqqalada şəhid məzarlarını ziyarət ediblər

2024:12:04 - 12:49
in SOSİAL
A A

İqdır Azərbaycan Dil, Tarix ve Mədəniyyət Birliyi Yaşatma və Dəstəkləmə Dərnəyi (İqdır Azərbaycan Evi) tərəfindən həyata keçirilən layihə çərçivəsində Naxçıvan və İqdırdan olan şagirdlərin Çanaqqalaya səfəri təşkil edilib.

AZƏRTAC xəbər verir ki, Türkiyənin Daxili İşlər Nazirliyinin dəstəyi ilə “Qardaşlıq və tarix: Çanaqqala görüşü” başlığı altında keçirilən layihənin açılış mərasimi olub.

Tədbirdə çıxış edən dərnəyin sədri Ziya Zakir Acar layihənin Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illiyinə həsr olunduğunu, bu məqsədlə Naxçıvan və İqdırdan (hər birindən 15 şagird olmaqla) 30 yeniyetmənin ortaq tarixi yerlərimizdən biri olan Çanaqqalaya gətirildiyini deyib. Çanaqqala Zəfərinin Türk dünyası və gələcək nəsillər üçün əhəmiyyətindən bəhs edən dərnək sədri deyib ki, bundan 109 il əvvəl dünyanın müxtəlif ölkələrindəki türklər, o cümlədən Azərbaycan türkləri Türkiyə torpaqlarının qorunması üçün savaşaraq şəhid olublar.

“Çanaqqala Zəfəri yalnız tariximizin əziz bir xatirəsi deyil, həm də gələcəyimizin ən güclü ilham mənbələrindən biri kimi xalqımızın yaddaşında son dərəcə mühüm bir yerə sahibdir. Bu Zəfər vətənpərvərlik, fədakarlıq, cəsarət kimi ali hisslərin qəhrəmanlıqla nümayiş olunduğu bir dastandır. Çanaqqala döyüşündə Türklük, İslam dini və Vətən uğrunda şəhid olan 253 min əsgərlə birlikdə eyni taleyi paylaşan üç minə yaxın Azərbaycan türkünün də şəhid olduğu məlumdur. Burada şəhid və ya qazi olanlar heç bir məcburiyyət qarşısında qalmadan, sadəcə qardaşlıq duyğuları ilə Anadolunun bu bölgəsinə gəlmişdilər. Azərbaycan türklərinin bu müharibədə göstərdikləri şücaət birliyimizin ən önəmli amillərindəndir”, – deyə Ziya Zakir Acar vurğulayıb.

Sonra şagirdlər Çanaqqala Şəhidliyi Kompleksindəki şəhid məzarlarını ziyarət edib, Çanaqqala şəhəri ilə yaxından tanış olublar.

Əvvəlki Yazı

“Azərkontrakt”ın törəmə lizinq şirkəti də ləğv olunur

Növbəti Yazı

Naxçıvanda axund intihar edib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.