Ermənistan KTMT çərçivəsində qəbul edilən sənədlərdə maraqlı deyil; Bu barədə ölkənin baş naziri Nikol Paşinyan parlamentdə bildirib.
“Biz dedik ki, KTMT-nin fəaliyyətində iştirakımızı dondururuq, bu o deməkdir ki, biz heç bir sənədin müzakirəsində iştirak etmirik, çünki biz mahiyyət etibarı ilə özümüzü KTMT-dən kənarda hesab edirik. Qoy onlar nə istəyirlərsə etsinlər, bu vəziyyət Ermənistanın KTMT-yə qayıtmasını getdikcə çətinləşdirir, hətta qeyri-mümkün hesab edirəm”.
Paşinyan Rusiya prezidenti Vladimir Putinin Ermənistanın xarici təcavüzə məruz qalmadığı üçün Dağlıq Qarabağda baş verənlərin KTMT-yə heç bir aidiyyəti olmadığını deməsinə də münasibət bildirib. Ermənistan Nazirlər Kabinetinin rəhbərinin sözlərinə görə, İrəvan iştirakını Dağlıq Qarabağa görə yox, “2021 və 2022-ci illərdə suveren Ermənistanın sərhədlərinə xarici təcavüzə” “adekvat cavab” verilmədiyinə görə dondurub. (Tass)