Qazaxıstanın müdafiə naziri Ruslan Jaksılıkovun Cənubi Koreyaya səfəri Seulun təşəbbüsü ilə ləğv edilib. Bu barədə TASS-a Qazaxıstan Müdafiə Nazirliyindən məlumat verilib.
“Qazaxıstan Respublikasının müdafiə nazirinin Koreya Respublikasına planlaşdırılan səfəri Koreya tərəfinin təşəbbüsü ilə tədbirin ləğvi səbəbindən baş tutmayıb”, – nazirlikdən bildirilib. Departamentin məlumatına görə, Koreya Respublikasının Milli Müdafiə Nazirliyi Qazaxıstan tərəfini Seula səfərin “ölkədəki daxili vəziyyətə görə” baş tuta bilməyəcəyi barədə məlumat verib.
Bundan əvvəl Yonhap agentliyi Qazaxıstan və Cənubi Koreyanın müdafiə nazirləri arasında dekabrın 5-nə planlaşdırılan danışıqları aparmamaq qərarına gəldiyini bildirmişdi. (Tass)