Çərşənbə gecəsi ölkənin ən böyük Antonio Guiteras istilik elektrik stansiyasının avtomatik idarəetmə sisteminin nasazlığı səbəbindən sıradan çıxmasından sonra Kubanın enerji sistemi bərpa edilib. Bu barədə Respublika Energetika və Mədən Sənayesi Nazirliyi məlumat yayıb.
“Milli enerji sisteminin fəaliyyəti bərpa edilib. Felton bələdiyyəsində yaxın bir neçə saat ərzində sistemə qoşulacaq İES istisna olmaqla, bütün generasiya stansiyaları işə salınıb”, – idarədən bildiriblər.
Antonio Guiteras İstilik Elektrik Stansiyası oktyabr ayında bir neçə dəfə sıradan çıxdı və nəticədə ölkənin bütün milli elektrik sistemi dayandı. Bir neçə gündür ki, Kubanın böyük hissəsi elektrik enerjisindən məhrum olub. (Tass)