May 10, 2025-22:29
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Rektor: Müstəqilliyin Bərpası Gününü suverenliyini bərpa etmiş xalqın nümayəndəsi kimi fəxrlə qarşılayırıq

2023:10:18 - 13:36
in SİYASƏT
A A

Bu gün Azərbaycanın dövlət müstəqilliyinin bərpasından 32 il ötür. Müstəqilliyi bərpa etdikdən qısa müddət sonra xalqımız yenidən onu itirmək təhlükəsi ilə üzləşmişdi. Bir tərəfdən Ermənistanın ölkəmizə qarşı başladığı ərazi iddiaları və elan olunmamış müharibə, digər tərəfdən daxildə gedən siyasi çəkişmələr, vətəndaş qarşıdurması müstəqilliyin beşiyindəcə boğulması təhlükəsini yaradırdı.

Bu fikirləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov deyib.

O bildirib ki, 1993-cü ildə Azərbaycan xalqının böyük oğlu, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqilliyi qorumaq və inkişaf etdirmək mümkün oldu. Aparılan uğurlu siyasət nəticəsində Azərbaycan ardıcıl islahatlar həyata keçirməyə, ölkədə bazar iqtisadiyyatı prinsipləri əsas götürülməyə başlandı. Ötən illər ərzində müstəqil Azərbaycan Respublikası böyük sınaqlardan keçərək möhkəmlənib. Əldə edilən müstəqilliyin qorunub saxlanılması, Azərbaycanın müstəqil dövlət olaraq dünya dövlətləri arasında nüfuzunun möhkəmləndirilməsi məhz Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır.

“2003-cü il oktyabrın 15-də Prezident seçkilərində seçicilərin 76 faizindən çoxunun yeni əsrin yeni lideri olan İlham Əliyevə səs verməsi ilə Azərbaycanın inamlı və sürətli inkişaf dövrü start götürdü. Ulu Öndər Heydər Əliyevin siyasi kursunu davam etdirən Prezident İlham Əliyev torpaqlarımızın 30 il davam edən işğalına son qoyaraq Azərbaycanın ən böyük problemini həll etdi. 2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, qəhrəman əsgər və zabitlərimizin şücaəti sayəsində 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbə müstəqilliyimizin təməllərini daha da gücləndirdi. Ötən ay antiterror tədbirlərinin uğurla başa çatması nəticəsində Azərbaycan öz suverenliyini tam bərpa etdi. Təsadüfi deyil ki, İlham Əliyev Prezident seçilməsinin 20-ci ildönümündə Xankəndidə, Xocalıda, Əsgəranda və Ağdərədə Dövlət bayrağımız ucaltdı. Biz bu gün Müstəqilliyin Bərpası Gününü ərazi bütövlüyünü və suverenliyini təmin etmiş, qalib xalqın nümayəndəsi olaraq sonsuz fəxarət və sevinc hissləri ilə qeyd edirik,”- deyə rektor qeyd edib.

Əvvəlki Yazı

Neftçalanın pambıq tarlalarında 33-35 sentner məhsuldarlıq gözlənilir

Növbəti Yazı

Rəhman Hümmətov: “Regional hava limanlarının inkişafı ilə bağlı hazırda işlər aparılır”

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.