Avqust 23, 2025-12:11
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

BDU-da ABŞ-ın Elektrotexnika və Elektronika Mühəndisləri İnstitutunun təmsilçisi ilə görüş olub

2024:12:05 - 16:56
in SOSİAL
A A

Bakı Dövlət Universitetində (BDU) Amerika Birləşmiş Ştatlarının Elektrotexnika və Elektronika Mühəndisləri İnstitutunun (IEEE) təmsilçisi, “Mikro Information Free Zone Establishment” şirkətinin direktoru Mehmet Haseki ilə görüş keçirilib.

BDU-dan AZƏRTAC-a bildirilib ki, qonaq “IEEE-nin missiyası bəşəriyyətin rifahı naminə texnoloji innovasiyaları təşviq etməkdir” mövzusunda təqdimatla çıxış edib. Elektronika, elektrik mühəndisliyi, kompüter və şəbəkə avadanlıqları üçün standartlar hazırlayan, dünyada geniş istifadə olunan, müasir dünya elmi-texniki ədəbiyyatının üçdə birini özündə cəmləşdirən, ən böyük elmi məlumat bazalarından biri olan “IEEE Xplore” rəqəmsal kitabxanası təqdim olunub.

IEEE-nin əsas məqsədi elektrotexnika, elektronika, kompüter texnologiyaları və informasiya elmləri sahələrində elmi fəaliyyətin təşkili və inkişafı, onların nəticələrinin cəmiyyətin mənafeyi naminə tətbiqi, habelə mütəxəssislərin peşəkar inkişafı üçün onlara informasiya dəstəyi göstərməkdir. Hazırda 190-dan çox ölkədən 460 mindən çox üzvü olan IEEE dünya üzrə 2000-dən çox illik konfrans və tədbirə sponsorluq edir.

Platforma istifadəçilərə 6 milyondan çox tammətnli sənəddən qiymətli tədqiqat materiallarını, elmi məqalələri, texniki standartları və konfrans materiallarını səmərəli şəkildə axtarıb tapmaq və istifadə imkanı verir. İştirakçılara platformanın qabaqcıl funksiyaları, elmi tədqiqatlarının məhsuldarlığını və faydasını artırmaq üçün IEEE-in imkanlarından maksimum istifadə etmək bacarıqları haqqında məlumat verilib.

Sonda platformadan istifadə imkanları və üzvlük məsələləri müzakirə olunub.

Əvvəlki Yazı

Suriya Silahlı Qüvvələri: yaraqlılar Həma şəhərinin bir neçə məhəlləsinə nüfuz edə biliblər

Növbəti Yazı

Deputat: Qərbi azərbaycanlılar öz evlərinə sülh yolu ilə, təhlükəsiz şəkildə qayıtmağa çox ümidlidirlər

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.