ABŞ-ın müdafiə naziri Lloyd Ostin ölkədəki son hərbi vəziyyətlə əlaqədar Koreya Respublikasına artıq səfər etməyi planlaşdırmır. Bu barədə Reuters amerikalı rəsmilərə istinadən məlumat yayıb.
Onların sözlərinə görə, Pentaqon Ostinin yaxın günlərdə baş tuta biləcək səfərini planlaşdırırdı, lakin hadisədən sonra qərara alınıb ki, indi səfər üçün uyğun vaxt deyil. Agentliyin həmsöhbətlərindən biri aydınlaşdırıb ki, Vaşinqton planların dəyişdirilməsi ilə bağlı Seulla məsləhətləşib. (Tass )