Almaniya Müdafiə Nazirliyinin rəhbəri Boris Pistorius atəşkəs olacağı təqdirdə Ukraynaya sülhməramlı məqsədlər üçün alman əsgərlərinin göndərilməsinin mümkünlüyünü etiraf edib. O, bu barədə Deutschlandfunk radiostansiyasında bildirib.
“Ukraynada quru qoşunlarının yerləşdirilməsi yalnız hərbi əməliyyatlar dayandırıldıqdan sonra müzakirə oluna bilər”, – Pistorius bildirib. “Biz hazırlaşırıq, ssenarilər üzərində işləyirik, lakin bunu gizli edirik”, – nazir əlavə edib.
Onun sözlərinə görə, alman qoşunlarının Ukraynada yerləşdirilməsi ilə bağlı müzakirələr indi “ağılsızdır”, lakin bu cür planlar ölkə daxilində müzakirə olunur.
“Atəşkəs olacağı təqdirdə və kimsə – kim olmasından asılı olmayaraq, hərbi yolla orada [Ukraynada] sülhməramlı tədbirlər görməyə qərar verərsə, bu, mandatın növündən, miqyasından, tələblərindən və döyüşən tərəflərin razılığından asılı olacaq. “, – Müdafiə Nazirliyinin rəhbəri bildirib. (Tass)