Avstraliya Yeni Zelandiyanı ABŞ, Yaponiya və Hindistan (QUAD) ilə Dördtərəfli Təhlükəsizlik Dialoqu çərçivəsində layihələrə cəlb edəcək və Vellinqtonun AUKUS-da (Avstraliya, Böyük Britaniya və ABŞ-ın üçtərəfli hərbi ittifaqı) iştirakı ilə bağlı məsləhətləşmələri davam etdirəcək. Bu barədə iki ölkənin müdafiə nazirləri və xarici işlər nazirlərinin Oklend görüşündən sonra birgə bəyanatında bildirilib.
Sənəddə qeyd olunur ki, Avstraliya və Yeni Zelandiya “QUAD-ın region ölkələri üçün vacib olan məsələlərin həllinə verdiyi praktik töhfəni alqışlayırlar”. “Avstraliya bir-birini tamamlayan səyləri təmin etmək üçün Yeni Zelandiya da daxil olmaqla yaxın tərəfdaşlarını [Dördtərəfli Təhlükəsizlik Dialoqu layihələrində] cəlb etməyə davam edəcək”, – bəyanatda deyilir. Nazirlər həmçinin “AUKUS-un ikinci komponenti çərçivəsində qabaqcıl qeyri-nüvə texnologiyaları sahəsində əməkdaşlıq üzrə məsləhətləşmələri davam etdirmək” niyyətlərini açıqlayıblar. (Tass)