Suriyada Bəşər Əsəd rejiminə qarşı əməliyyatlar aparan silahlı müxalifətçilər paytaxt Dəməşqi tamamilə nəzarətə götürüb. Suriya Ordu Komandanlığı zabitlərinə rejimin yıxıldığını çatdırsa da, Bəşər Əsədin Dəməşqdən çıxarkən marşrutunun hara getdiyi hələlik məlum deyil. Suriyanın baş naziri Məhəmməd Qazi Əl-Cəlali də xalqın seçdiyi istənilən administrasiya ilə əməkdaşlığa hazır olduğunu açıqlayıb.
Suriyada Bəşər Əsəd rejiminə qarşı 27 Noyabr Cümə günü əməliyyata başlayan silahlı müxalif qruplar ötən gecə Hələb, İdlib, Tel Rıfat, Həma və Homsdan sonra paytaxt Dəməşqi bir neçə gün ərzində heç bir müqavimətlə qarşılaşmadan ələ keçirib