Avqust 27, 2025-1:51
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Pedaqoji Universitetdə keçirilən “Zəfər Turniri” yekunlaşıb

2024:12:09 - 11:11
in SOSİAL
A A

Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin (ADPU THİK) təşkilatçılığı ilə “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə Zəfər Gününə həsr olunmuş “Zəfər Turniri”nin final mərhələsi keçirilib. Turnir 44 günlük Vətən müharibəsi şahidlərinin xatirəsinə ithaf olunub.

AZƏRTAC xəbər verir ki, 36 komandada 210 nəfərdən çox tələbənin iştirakı ilə başlanan turnirin final mərhələsində 8 komanda 4 mərhələdə qalibiyyət üçün mübarizə aparıb.

Gərgin mübarizə şəraitində keçən final mərhələsinin yekun nəticələrinə əsasən ilk 3 yerin qalibi olan komandalar diplom, medal və kubokla yanaşı, pul mükafatı ilə mükafatlandırılıb. Digər komandalara isə yarışda iştirak etdikləri üçün diplom və sertifikatlar təqdim edilib.

Turnirin mükafatlandırma mərasimində iştirak edən ADPU-nun sosial və humanitar məsələlər üzrə prorektoru professor Fikrət Rzayev qalibləri təbrik edib, gənclərin bu cür faydalı layihələrdə böyük maraq və fəallıqla iştirak etmələrinin sevindirici hal olduğunu bildirib. Gənclərin həm intellektual inkişaflarının dəstəklənməsi, həm də vətənpərvərlik ruhunun aşılanması baxımından belə layihələrin əhəmiyyətli olduğunu vurğulayan prorektor Pedaqoji Universitet tərəfindən tələbələrin bu kimi təşəbbüslərinin daim dəstəkləndiyini diqqətə çatdırıb.

Çıxış edən ADPU THİK sədri Cəmilə Qurbanova qalibləri təbrik edib və layihənin həyata keçirilməsində təşkilati dəstəyə görə Xəzər İntellektual Gənclər Birliyinin rəhbəri Azər Manaflıya təşəkkürünü çatdırıb.

Sonda turnirin təşkilində xüsusi fəallığı ilə seçilən könüllülərə sertifikatlar təqdim edilib.

Əvvəlki Yazı

Anqolanın gənclər və idman nazirinin müavini BANM -da olublar

Növbəti Yazı

Əlyazmalar İnstitutunda il ərzində 2296 nüsxənin elektron versiyası yaradılıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.