Avqust 23, 2025-22:06
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Samira Musayeva: “Əməkhaqqı gəlirlərinin vergidən azad edilməsi nəticəsində özəl sektorun əmək müqavilələrində payı 52,4 % çatıb”

2024:12:09 - 16:17
in İQTİSADİYYAT
A A

Azərbaycanda əməkhaqqı gəlirlərinin vergidən azad edilməsi özəl sektorda əmək müqavilələrinin payını 2018-ci ildəki 37,1 %-dən 52,4 %-ə çatdırıb.

“Report” xəbər verir, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) rəis müavini Samirə Musayeva bildirib.

Onun sözlərinə görə, qeyri-neft sektorunun özəl bölməsində şəffaflaşmaya yönəlmiş islahatlar əmək bazarında şəffaflığı artırmaq baxımından ən təsirli tədbirlərdən biri olub:

“2019-cu ildə başlanan islahatlar əmək münasibətlərinin leqallaşdırılması sahəsində ciddi irəliləyişlərə yol açıb. Xüsusilə qeyri-neft sektorunun özəl bölməsində 8 min manata qədər aylıq əməkhaqqı gəlirlərinin vergidən azad edilməsi nəticəsində vergi yükü əhəmiyyətli dərəcədə azalıb. Bu, biznesi əmək münasibətlərini rəsmiləşdirməyə və əməkhaqqı məbləğlərini leqallaşdırmağa daha çox təşviq edib”.

S. Musayeva bildirib ki, islahatların tətbiqindən bəri əmək münasibətlərinin rəsmi şəkildə qurulmasında 32 %-lik artım qeydə alınıb. Bu artım qeyri-neft sektorunun özəl bölməsində 80 %-ə yaxınlaşıb və nəticədə 451 min yeni əmək müqaviləsi bağlanıb.

O hesab edir ki, əməkhaqqı fondunda da əhəmiyyətli artım müşahidə olunub. DVX-nın rəis müavini bildirib ki, 2018-ci illə müqayisədə 2024-cü ilin əvvəlinə əməkhaqqı fondu ümumilikdə 2,3 dəfə, qeyri-neft sektorunun özəl bölməsində isə 2,4 dəfə artıb: “Bunun nəticəsində sosial yığımların həcmi 2,2 dəfə böyüyüb”.

O, bu islahatları ölkədə əmək bazarının leqallaşdırılması və sosial təminat sisteminin gücləndirilməsi istiqamətində mühüm addım kimi qiymətləndirir.

Əvvəlki Yazı

İxracdan əldə olunan 35,7 milyon manatdan artıq vəsait Azərbaycana qaytarılıb

Növbəti Yazı

Yeni qanuna iqtisadi və mədəniyyət diplomatiyası anlayışlarının daxil edilməsi təklif olunub

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.