İsrail Hərbi Hava Qüvvələrinin Suriyadakı hərəkətləri vəziyyəti sabitləşdirmək məqsədinə xidmət etmir, əksinə, orada vəziyyəti gərginləşdirir. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.
“Colan bölgəsindəki bufer zonanı və bir sıra ona bitişik əraziləri işğal edən İsrail Silahlı Qüvvələrinin hərəkətləri 1974-cü il Suriya-İsrail qüvvələrinin ayrılması haqqında razılaşmanın şərtlərini açıq şəkildə pozur”.
“Bu hərbi əməliyyatlar açıq-aydın Suriyada vəziyyətin sabitləşdirilməsi məqsədinə xidmət etmir və əksinə, bu ölkədə son günlər yaranmış onsuz da son dərəcə çətin vəziyyəti daha da gərginləşdirir”, – diplomat əlavə edib.
Zaxarovanın sözlərinə görə, Suriya xalqının düşdüyü bu çətin hərbi-siyasi şəraitdə “beynəlxalq ictimaiyyətin bütün üzvləri, xüsusən də qonşu dövlətlər öz hərəkətləri ilə dövlətin daha da deqradasiyasına təhrik etmədən təmkin və ən yüksək məsuliyyət nümayiş etdirməlidirlər. (Tass)