Rusiya prezidenti Vladimir Putin özbəkistanlı həmkarı Şavkat Mirziyoyev ilə telefon danışığı aparıb. Kremlin mətbuat xidməti xəbər verir ki, liderlər xüsusilə Suriya və Ukrayna ətrafındakı vəziyyəti müzakirə ediblər.
Bildirilir ki, söhbət zamanı prezidentlər Rusiya-Özbəkistan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin daha da inkişaf etdirilməsi məsələlərini qaldıraraq, Putinin cari ilin mayında Özbəkistana dövlət səfəri zamanı əldə olunmuş razılaşmaların həyata keçirilməsini vurğulayıblar.
“Liderlər həmçinin Suriya və Ukrayna ətrafında mövcud vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar”, – deyə məlumatda bildirilir.