Finlandiya prezidenti Alexander Stubb deyib ki, ölkəsi uzunmüddətli müharibənin öhdəsindən gəlmək üçün müdafiə resurslarına sərmayə qoymalıdır və Rusiyanın Finlandiyaya qarşı təhdidinin uzunmüddətli olduğunu düşünür.
“Resurslar ehtiyaclara uyğun olmalıdır. Təhlükəsizliyimizi nəzərə alsaq, müdafiə resurslarına ehtiyacın azalacağını göstərən heç bir şey yoxdur. Biz inanırıq ki, Rusiya Ukraynadakı müharibədən sonra öz hərbi maşınını yenidən silahlandıracaq və Finlandiya üçün təhlükəsi uzunmüddətli olacaq. “Stubb milli müdafiə kursunda şıxışı zamanı deyib. Çıxışın mətni respublika başçısının saytında dərc olunub.
Stubbın sözlərinə görə, resurslar xüsusilə quru qoşunları üçün lazımdır. Prezident əlavə edib ki, Aİ ölkələri ümumi müdafiə həlləri axtarmalıdır.
Stubb onu da müdafiə etdi ki, “uzunmüddətli müharibə üçün imkanlar vacibdir. Ehtiyatlar olmalıdır və müdafiə sənayesinin rolu mərkəzi olacaq”. (Tass)