Ermənistanın SSRİ-nin tərkibində mövcud olan sərhədlərdən imtina etməsi suverenlikdən və dövlətçilikdən imtina deməkdir. Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan “Facebook” sosial şəbəkəsində yazıb.
“Açığını deməliyəm ki, bu yanaşma Ermənistan üçün çox təhlükəlidir, çünki SSRİ-nin xəritələrindən imtina etmək dövlətçilikdən və müstəqillikdən imtina etmək demək ola bilər, çünki biz Sovet Ermənistanı ərazisində müstəqillik əldə etmişik və beynəlxalq ictimaiyyət bizi beynəlxalq aləmdə belə tanıyıb tanınan ərazi təhlükəsizlik üçün vacibdir və bizim üçün buferdir”.
Baş nazir əlavə edib ki, əgər Ermənistan vətəndaşları özləri beynəlxalq səviyyədə tanınmış əraziləri tanımırlarsa, o zaman başqalarına da onu tanımamaq imkanı verirlər. “Beynəlxalq səviyyədə tanınmış ərazimizi tam olaraq tanımamaqla, biz qapılarımızı başqalarına açırıq” deyib.
Müxalifət dəfələrlə bəyan edib ki, Paşinyan Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımaq qərarına haqq qazandırmaq üçün vaxtaşırı sovet dövrünün xəritələrinin tanınmasının zəruriliyindən və Ermənistan dövlətçiliyinin itirilməsinin mümkünlüyündən danışır. (Tass)