Slovakiyanın baş naziri Robert Fiko bildirib ki, onun ölkəsi heç olmasa hökumət başçısı vəzifəsində olduğu müddətdə Ukraynanın Şimali Atlantika Alyansına qoşulmasını dəstəkləmək niyyətində deyil.
“Mən baş nazir olduğum müddətdə heç vaxt Ukraynanın NATO-ya daxil olmasını dəstəkləməyəcəyəm”, o , Braziliyada rəsmi səfərdə olarkən Folha de S.Paulo” qəzetinə müsahibəsində deyib. (Tass)