Avqust 22, 2025-16:28
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

“Teleradio” İstehsalat Birliyi ötən ili mənfəətlə başa vurub

2024:12:12 - 12:00
in İQTİSADİYYAT
A A

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” (“Teleradio”) İstehsalat Birliyi 2023-cü ili 163 min manat xalis mənfəət başa vurub. Halbuki, qurum 2022-ci ildən 959 min manat xalis zərərlə çıxmışdı.

“Report” xəbər verir ki, ötən il “Teleradio” İstehsalat Birliyinin gəlirləri 11,188 milyon manat (əvvəlki ilə nisbətən 3,95 % çox), ümumi və inzibati xərcləri 3,834 milyon manat (24,2 % az), əməliyyat xərcləri 5,956 milyon manat (13,7 % çox), köhnəlmə və amortizasiya xərcləri 1,655 milyon manat (8,2 % az), maliyyə aktivləri üzrə ehtimal olunan kredit zərərinin qaytarılmasından gəlirləri 773 min manat (3,7 dəfə çox), köhnəlmiş və istifadəsi az olan mal-materiallar üzrə ehtiyatlara ayırmaları 231 min manat (12,2 dəfə çox), bina və avadanlıqların silinməsi üzrə zərəri 22 min manat (70 % az), xarici valyuta gəlirləri 5 min manat (əvvəlki il zərər olub), mənfəət vergisi ödəmələri isə 106 min manat (əvvəlki ilə qənaət edib) təşkil edib.

Bu il yanvarın 1-nə “Teleradio” İstehsalat Birliyinin aktivləri 36,606 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 85,2 % çoxdur. Hesabat dövründə qurumun öhdəlikləri 34,4 dəfə artaraq 17,171 milyon manata, balans kapitalı isə 0,85 % artaraq 19,435 milyon manata çatıb.

Xatırladaq ki, “Teleradio” İstehsalat Birliyi 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 8,359 milyon manatdır. Qurum radio-televiziyanın yerüstü yayımını, radio rabitəsini (radio-rele xətt şəbəkəsinin istismarını), radio-televiziya proqramlarının peykdən yayımını və s. xidmətləri təmin edən dövlət müəssisəsidir.

Əvvəlki Yazı

Bahar Muradova: Erkən nikahlarla bağlı istisna və güzəştlər aradan qaldırılıb

Növbəti Yazı

Ulu Öndər Heydər Əliyevin vəfatının 21-ci ildönümü Gürcüstanda qeyd olunub

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.