May 15, 2026-21:03
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

“Sənətkarın dostu” layihəsi davam edir

2024:12:13 - 11:40
in MƏDƏNİYYƏT
A A

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) “Sənətkarın dostu” layihəsi bu dəfə Ağdaş şəhərində reallaşıb.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, növbəti görüş MEMİM-in təşkilatçılığı, Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə Ağdaş şəhər Habil Əliyev adına 1 nömrəli Uşaq Musiqi Məktəbində Əməkdar artist, Azərbaycan Milli Konservatoriyasının dosenti, kamança ifaçısı Elnur Əhmədovla keçirilib.

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin rəisi Aydın Bəşirov və MEMİM-in direktoru vəzifəsini icra edən Vüqar Hümbətov regionlarda bu kimi tədbirlərə böyük ehtiyac olduğunu, həmçinin bu görüşün Bakıdan kənarda ilk dəfə təşkil edildiyini diqqətə çatdırıblar.

Riad Cəbrayılovun moderotorluğu ilə keçirilən tədbirdə Elnur Əhmədov kamança aləti, ifaçılıq ənənələri, alətin tədrisi, təbliği və digər mövzularda çıxış edib. Ustad dərsi formatında keçirilən tədbirdə sənətkarın özü ilə yanaşı, tələbələrinin də ifasında musiqi nümunələri təqdim olunub.

Xatırladaq ki, “Sənətkarın dostu” layihəsi mədəniyyətin təşviqi, uşaq və gənclərin yaradıcılığının stimullaşdırılması, görkəmli incəsənət xadimləri ilə gənc istedadların zəngin təcrübə mübadiləsinin təşkili məqsədilə həyata keçirilir. Layihə çərçivəsində mədəniyyətin müxtəlif sahələri üzrə paytaxt və regionlarda maarifləndirici, musiqili və interaktiv görüşlərin davamlı təşkili nəzərdə tutulub.

Əvvəlki Yazı

Kənd təsərrüfatı nazirinin müavini Tovuzda vətəndaşların müraciətlərini dinləyəcək

Növbəti Yazı

“Minatəmizləmə fəaliyyəti haqqında” yeni qanun layihəsi son oxunuşda qəbul edilib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.