Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib ki, Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanı dekabrın 25-26-da Sankt-Peterburqda keçiriləcək MDB-nin qeyri-rəsmi sammitinə dəvət edib.
“Onlar mütləq Sankt-Peterburqda gözləyirlər, prezident cənab Paşinyanı dəvət edib və təbii ki, o, digər həmkarları ilə birlikdə onu Sankt-Peterburqda gözləyir”, – deyə Kreml nümayəndəsi TASS-ın müvafiq sualını cavablandırıb. (Tass)
