May 15, 2026-21:13
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Bakıda istedadlı rəssam Nərmin Nəcəfin yeni sərgisi açılacaq

2024:12:13 - 14:26
in MƏDƏNİYYƏT
A A

Dekabrın 14-dən 24-dək “Leyla Khazary ArtGallery”də istedadlı rəssam Nərmin Nəcəfin rəsm əsərlərindən ibarət sərgisi açılacaq.

AZƏRTAC xəbər verir ki, “Göyrəngli ovqat” adlanan sərgidə Bakıya həsr olunmuş “İşıq” seriyası, eləcə də “Kəlağayı”, “Nar” seriyası və digər rəsm əsərləri ziyarətçilərə təqdim olunacaq.

Əsərlərində göy rəngin arzular, ucalıq və harmoniyanı ifadə etdiyini bildirən rəssam bu rəngin çalarlarının insanların daxili dünyasının zənginliyini əks etdirdiyini və əsərləri üçün ilham mənbəyi olduğunu bildirib.

Rəssamın əsərlərində milli koloritə müasir baxış əks etdirilir və Azərbaycan mədəniyyəti və mədəni irs nümunələri rənglər və obrazlarla çatdırılır.

Qeyd edək ki, Nərmin Nəcəf “Röyalar dünyası” adlı rəssamlıq məktəbinin yaradıcısı və rəhbəridir. Peşəkar yaradıcılığa ilk dəfə 2021-ci ildə Türkiyədə keçirilmiş fərdi sərgisi ilə başlamış rəssamın sonrakı fərdi sərgiləri Bakı, Minsk və Moskvada təşkil edilib. Nərmin Nəcəfin, həmçinin Marmaris, Praqa və London kimi şəhərlərdə keçirilən sərgilərdə əsərləri nümayiş etdirilib.

Əvvəlki Yazı

Bakıda yeni park salınacaq, söküntü işlərinin həcmi açıqlanıb

Növbəti Yazı

Litvanın yeni hökuməti Ukraynaya səfər edəcək

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.