Venesuela çərşənbə günü Qəzza zolağının sakinlərinə 30 tondan çox humanitar yardım göndərib. Bu barədə Cənubi Amerika ölkəsinin xarici işlər naziri İvan Gil X sosial şəbəkəsindəki (keçmiş Twitter) səhifəsində məlumat verib.
“Venesuela prezidenti Nikolas Maduronun göstərişlərini yerinə yetirərək, 10 günlük mühasirə və bombardmanlardan sonra əhalinin düşdüyü çətin humanitar vəziyyəti yüngülləşdirmək üçün tezliklə Qəzza zolağına çatacaq Misirə 30 tondan çox humanitar yardım göndərdik. ”, – XİN rəhbəri bildirib. “Xalqlarımızın birliyi və həmrəyliyi sarsılmazdır!” – nazir qeyd edib. (Tass)