İyun 23, 2025-22:16
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

BDU-da elektron biblioqrafik resursların təsnifatı araşdırılıb

2024:12:13 - 15:55
in SOSİAL
A A

Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində “Elektron biblioqrafik resursların təsnifatı” mövzusunda elmi seminar keçirilib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, elmi seminarda BDU-nun Sənəd menecmenti kafedrasının müəllimi Namiyə Xəlilova mövzu üzrə məruzə edib.

Məruzəçi əvvəlcə cəmiyyətin qlobal informasiyalaşdırılması kontekstində biblioqrafik fəaliyyətin yeni forması kimi meydana çıxan elektron biblioqrafik resurların əhəmiyyəti və perspektivləri barədə məlumat verib. Elektron biblioqrafiyanın mühüm xassələri, ənənəvi biblioqrafiya ilə əlaqəsi, informasiya potensialından istifadə metodologiyası, elektron resursların ümumi xarakteristikası və müxtəlif əlamətlər üzrə təsnifləşdirilməsi kimi məsələləri izah edib.

Tədqiqatçı yerli və xarici mütəxəssislərin bu sahədə apardığı tədqiqatları şərh edib, akademik mühitdə aktuallıq kəsb edən və mühüm elektron resurslar hesab olunan “Google Scholar”, “Web of Science”, “Scopus” kimi beynəlxalq elmmetrik platformalar barədə məlumat verib. Məruzədə elektron biblioqrafik resursların müxtəlif əlamətlər üzrə təsnifləşdirilən növləri, o cümlədən bu resursların Azərbaycan kitabxanalarında yaradılması və yayımı təcrübəsindən bəhs olunub. Azərbaycan Milli Kitabxanasının, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının, Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının və Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının biblioqrafik resursları təhlil edilib.

Elmi seminar müzakirələrlə yekunlaşıb.

Əvvəlki Yazı

Xocalının Ballıca kəndinə ilk köç karvanı çatıb

Növbəti Yazı

Məcnun Məmmədov Ağcabədidə vətəndaşları qəbul edib və fermerlərlə görüşüb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.