Tbilisi Vilnüs və Tallinə qarşı cavab sanksiyaları tətbiq etməyəcək , baxmayaraq ki, onun buna tam hüququ var. Bu barədə Gürcüstan hökumətinin bəyanatında deyilir.
“Gürcüstan hakimiyyətinin Litva və Estoniya hökumətlərinin anti-gürcü qərarlarına cavab tədbirləri ilə qarşı çıxmaq hüququ və imkanı var, lakin Litva və Estoniya xalqlarına hörmət edərək, belə addımların atılmasını məqsədəuyğun hesab etmirik. Bizim qərarımız gürcü, eston və litva xalqlarının ənənəvi dostluğuna təhlükə yaratmamaq üçün hər iki dövlətlə birtərəfli dostluq rejimində qalmaqdır”, – bəyanatda deyilir. (Tass )