Suriyada Bəşər Əsəd hökumətinin devrilməsindən sonra hakimiyyətə gələn hərbi qruplaşmaların və ABŞ-ın dəstəklədiyi kürd qüvvələrinin koalisiyasına daxil olan qüvvələrin iştirakı ilə vətəndaş müharibəsi başlaya bilər. Bu fikir The Washington Post qəzetində yer alıb.
Onun hesablamalarına görə, kürdlərin müstəqillik elan etmək cəhdi Suriyanın yeni hakimiyyət orqanlarının güclü müqaviməti ilə qarşılaşacaq və “Ankaranı Suriyanın problemlərinə daha da dərinə sürükləyə və ölkənin şimal-şərqində yerləşdirilmiş Amerika qoşunlarını tələyə sala bilər”.
Nəşrin yazdığına görə, Suriya müxalifətinin parçalanması, həmçinin İsrail, Türkiyə və ABŞ-ın ərəb respublikasının işlərinə davamlı müdaxiləsi riskləri qalmaqdadır. Türkiyəyönlü qrupların gələcək irəliləyişləri çox güman ki, kürd qüvvələrini geri çəkilməyə məcbur edəcək və ABŞ-ın Suriyadakı hərbi varlığını təhdid edəcək.
Suriyanın şərq və şimal-şərqində yerləşən Deyr əz-Zor, Rəqqa və Həsəkə əyalətlərinin əksəriyyəti hazırda ABŞ-ın dəstəklədiyi kürd Suriya Demokratik Qüvvələrinin (SDQ) nəzarətindədir. 2015-ci ildən bəri Amerika komandanlığı bu ərazidə doqquz hərbi baza yaradıb. Kürdlər Suriyanın 25%-nə nəzarət edir. (Tass)
