İyun 18, 2025-3:06
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Ceyhun Bayramov Vatikan rəsmisini Ermənistanın kütləvi hərbiləşdirilməsi barədə məlumatlandırıb – YENİLƏNİB

2024:12:16 - 14:27
in SİYASƏT
A A

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Müqəddəs Taxt-Tacın Dövlətlərlə Əlaqələr üzrə Katibi Arxiyepiskop Pol Riçard Qallagerlə ikitərəfli və geniştərkibli görüşlər keçirib.

“Report” xəbər verir ki, bu barədə nazirliyin “X” hesabında paylaşım edilib.

Qeyd olunub ki, ikitərəfli və çoxtərəfli əməkdaşlığın perspektivlərini, regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə etmək üçün geniş formatda görüş baş tutub.

Xarici işlər nazirləri dünyada multikulturalizmin və dinlərarası dialoqun təşviqinə yönəlmiş birgə səylər və təşəbbüslərin əhəmiyyətini vurğulayıblar.

XİN rəhbərinin “X” platformasında paylaşımında isə qeyd olunub ki, görüşdə Azərbaycanın Birinci Vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dünyanın müxtəlif yerlərində, o cümlədən Müqəddəs Taxt-Tacda qlobal mədəni və dini obyektlərin qorunması istiqamətində fəaliyyətinin əhəmiyyəti vurğulanıb. Nazir həmçinin Azərbaycanın bu istiqamətdə əməkdaşlığın daha da inkişaf etdirmək öhdəliyini xatırladıb.

“Həmkarımı münaqişədən sonrakı yenidənqurma və sülh gündəliyi, mina təhlükəsi, qalıcı sülh prosesi ilə bağlı mövcud çağırışlar, o cümlədən davam edən ərazi iddiaları və Ermənistanın kütləvi hərbiləşdirilməsi barədə məlumatlandırdım”, – XİN başçısı əlavə edib.

Əvvəlki Yazı

Bu il Azərbaycanda “yaşıl enerji” istehsalı 80 %-dən çox artıb

Növbəti Yazı

Baş nazir: “Ölkə ərazisində qazlaşdırılma səviyyəsi 96,6 %-dir”

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.