Abxaziyanın keçmiş prezidenti Aslan Bjaniya 2025-ci ilin fevralında Abxaziyada keçiriləcək növbədənkənar prezident seçkilərində şəxsən öz namizədliyini irəli sürməyəcək, lakin onun komandası seçkilərdə iştirak edəcək. Bu barədə TASS-a Bjaniyanın ətrafı məlumat verib.
“Aslan Bjaniya prezident kimi iştirak etməyəcək, lakin onun komandası mütləq [seçkilərdə iştirak edəcək] ola bilsin ki, namizəd prezident səlahiyyətlərini icra edən Bədr Qunba olacaq”, – agentliyin həmsöhbəti bildirib. (Tass)
