Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 196 təhsil müəssisəsində təşkil edilən 836 təmayül sinifdə 17 min 424 şagird təhsil alır.
Bu barədə AZƏRTAC-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, ümumi təhsildə keyfiyyətin artırılmasına xidmət edən təmayül siniflərə şagirdlərin marağı ilbəil artmaqdadır.