Rusiya prezidenti Vladimir Putin Çin prezidenti Si Cinpini dostum adlandırıb.
“Biz [Rusiya və Çin] çox tez-tez, demək olar ki, həmişə beynəlxalq arenada öz hərəkətlərimizi əlaqələndiririk, bu, beynəlxalq həyatın çox ciddi elementidir”, – deyə Putin Sinxua agentliyinin müxbirinin sualını cavablandırarkən bildirib. “Biz bunu davam etdirəcəyik, mənim dostum hesab etdiyim Çin Xalq Respublikasının rəhbərinə ən xoş arzularımla.” (Tass)