Polşanın elm və ali təhsil naziri Sol partiyadan olan Dariuş Viçzorek istefa verib. Səbəb kimi mediada onun vergi bəyannaməsində qeyri-müəyyən məlumatların yer alması və universitetlərdən birinin işində qanunsuzluqlardan danışan anonim mənbənin adının açıqlanması ilə bağlı yayılan qalmaqal göstərilib.
TVP İnfo tərəfindən yayımlanan Seymdə (Polşa parlamentinin aşağı palatası) mətbuat konfransında Wieczorek, “Mən elm və ali təhsil naziri vəzifəsindən istefa vermək qərarına gəldim” deyib. “Son həftələr mediada yayılan xəbərlər, mənə və nazirliyə qarşı təhqir dalğasına görə çox çətin keçdi. Mən öz yaxşı adımı müdafiə edəcəyəm, bütün bu məsələləri izah edəcəyəm, amma bu xəbərləri və başıma gələnlərin Polşa elminin inkişafına və koalisiyanın işinə hər hansı bir şəkildə təsir etməsini istəməzdim”-deyib.
Solların liderlərindən biri Wlodzimierz Chazstinin qeyd etdiyi kimi, Wieczorek-in istefası Donald Tusk hökumətinin tarixində ilk idi, lakin bu hadisə hakim koalisiyanın birliyinə təsir etməyəcək. (Tass)