İyun 18, 2025-15:28
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Aydın Səfixanlı: Ermənistanda saxlanılan azərbaycanlılarla bağlı BQXK-ya dəfələrlə müraciət edilib

2024:12:20 - 12:50
in SİYASƏT
A A

Müharibə dövründə və müharibədən dərhal sonra Azərbaycan tərəfi Ermənistanda fəaliyyət göstərən BQXK-ya orada saxlanılan azərbaycanlıların müdafiəsi ilə bağlı dəfələrlə müraciət edib.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının rəhbəri Aydın Səfixanlı Bakıda keçirilən Cenevrə konvensiyalarının 75-ci ildönümünə həsr olunan seminarda çıxışı zamanı danışıb.

“Təəssüf ki, heç onlar da azərbaycanlıları müdafiə edə bilmirdilər. Amma biz müharibə dövründə də, müharibədən dərhal sonra da saxlanılan ermənistanlıların ailələri ilə videogörüntü formatında danışmasını təmin edirdik”, – o qeyd edib.

BQXK-nın Azərbaycandakı Nümayəndəliyində həbs qrupunun rəhbəri Mareh Shervashidze isə Komitənin saxlanma yerlərində həyata keçirdikləri fəaliyyətlərdən söz açaraq vurğulayıb ki, hər bir başçəkmə saxlanma yerinin rəhbərliyi ilə aparılan söhbətlə başlayır:

“İlkin söhbətdən sonra ərazi və binaya baxış keçiririk. Sonra saxlanılan şəxslərlə təklikdə söhbət aparırıq, əgər ailələri ilə əlaqə yaratmaq istəyirlərsə, bunu təmin edirik və sonda saxlanma yerinin rəhbərliyi ilə yekun müzakirə aparırıq. Pis saxlanma şəraiti pis rəftar hesab edilə bilər”.

M.Shervashidze əlavə edib ki, BQXK 2023-cü ildə dünyada 885 saxlanma və həbs yerində 2 min 564 başçəkmə həyata keçirib:

“Bu çərçivədə 837 min 29 şəxsə başçəkmə olub. Komitə 2023-cü ildə bu çərçivədə 14 min 20 nəfərin işini diqqətdə saxlayıb. Başçəkmələr 84 kontekst çərçivəsində olub”.

Əvvəlki Yazı

Tovuzda 71 nəfərin tüstüdən zəhərləndiyi məktəbdə tədris prosesi bərpa olunub

Növbəti Yazı

Bakıda Yeni ilə hazırlıq görülür

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.