Murhaf Əbu Kasra keçid hökumətində Suriya Müdafiə Nazirliyinin rəhbəri təyin edilib.
Suria telekanalı xəbər verir ki, müdafiə departamentinin yeni rəhbəri həm də Əbu əl-Həsən əl-Həmavi ləqəbi ilə tanınır.
Suriyanın “Əl Vətən” nəşrinin məlumatına görə , Əbu Kəsra ayın əvvəlində nəzarəti ələ keçirən “Həyat Təhrir əl-Şam” qruplaşmasının hərbi qanadının komandiri vəzifəsində çalışıb. Şam da daxil olmaqla ölkənin ən böyük şəhərlərində prezident Bəşər Əsədin devrilməsində iştirak edib.
Bundan əvvəl Dəməşqin yeni hakimiyyətinin başçısı, Əbu Məhəmməd əl-Culani ləqəbi ilə tanınan Əhməd əl-Şaraa Suriyanın müxtəlif silahlı qruplarının ölkənin Müdafiə Nazirliyinin nəzarəti altında bir strukturda birləşdiriləcəyini bildirmişdi. (Tass)