ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Ukrayna münaqişəsinin həlli ilə bağlı Rusiya lideri Vladimir Putinlə görüşü səbirsizliklə gözlədiyini bildirib.
Arizona ştatının Feniks şəhərində keçirilən AmericaFest konfransında Tramp deyib: “Prezident Putin mümkün qədər tez mənimlə görüşmək istədiyini söylədi. Ona görə də bunu gözləməliyik, lakin bu müharibəni bitirməliyik”. O, bir daha bəyan edib ki, ABŞ prezidenti olsaydı, Ukrayna münaqişəsi alovlanmazdı.
Dekabrın 19-da birləşmiş birbaşa xətt və mətbuat konfransında Putin Trampla istənilən vaxt danışmağa hazır olduğunu və onunla görüşməyə razı olduğunu bildirib. Putin qeyd edib ki, Trampla nə vaxt görüşəcəyini bilmir. (Tass)