İyun 17, 2025-18:31
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Nərmin Mirzəyeva: “Azərbaycanın əmək münasibətlərinin elektronlaşdırılması təcrübəsi digər ölkələrin diqqət mərkəzindədir”

2024:12:23 - 11:32
in SOSİAL
A A

Azərbaycanın əmək münasibətlərinin elektronlaşdırılması sahəsində atdığı addımlar və əldə etdiyi nailiyyətlər bir çox ölkələrin diqqət mərkəzindədir, və artıq bu sahədə ölkənin təcrübəsini öyrənmək istəyənlərin sayı artmaqdadır.“Report” xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini Nərmin Mirzəyeva “Əmək münasibətləri, əməyin mühafizəsi və insan resursları ekoloji, sosial və korporativ idarəetmə yanaşmasının əsas istiqamətlərindən biri kimi” mövzusundakı konfransda bildiribOnun sözlərinə görə, ölkədə əmək münasibətləri sahəsində həyata keçirilən ən mühüm addımlardan biri bu il reallaşıb.“Avqust ayında qüvvəyə minən qanunvericiliyə əsasən, əmək münasibətləri demək olar ki, tamamilə elektronlaşdırılıb. Artıq işçi və işəgötürən arasında əmək müqavilələri elektron qaydada bağlanılır. Həmçinin işəgötürən müqaviləyə xitam verdikdə və bununla bağlı lazımi xəbərdarlıq tədbirlərini həyata keçirərkən bütün prosesləri mütləq qaydada elektron sistem üzərindən etməlidir və işçini əvvəlcədən məlumatlandırmalıdır. Əmək münasibətləri ilə bağlı əmirlər və arayışlar da elektron kabinetlər vasitəsilə icra olunur. Dövlət Əmək Müfəttişliyi Xidməti ilə işəgötürənlər arasındakı münasibətlər də bu elektron kabinetlər vasitəsilə idarə edilir”, – N. Mirzəyeva əlavə edib.Xidmətin rəis müavini qeyd edib ki, müxtəlif dövlət qurumlarının məlumat bazalarının inteqrasiyası nəticəsində işə qəbul, məşğulluq imkanlarının təmin edilməsi və əmək münasibətlərində bürokratik əngəllər aradan qaldırılıb: “Belə ki, artıq məhkumluqla bağlı arayışlar işəgötürən tərəfindən inteqrasiya olunmuş elektron sistem vasitəsilə əldə edilir. Yaxın günlərdə Səhiyyə Nazirliyi ilə əməkdaşlıq çərçivəsində xəstəlik vərəqələrinin elektronlaşdırılması da planlaşdırılır.Bu yeniliklər yalnız iş proseslərini sürətləndirmir, həm də kağız sərfiyyatını azaltmaqla ekoloji mühitin qorunmasına mühüm töhfə verir”.

Əvvəlki Yazı

TƏBİB: Gələn ildən tibb müəssisələrində vərəm, çarpayı, təxliyə modulları tətbiq olunacaq

Növbəti Yazı

ASCO: “Şahdağ” gəmi-bərəsi Orta Dəhliz üzrə yükdaşımalara qaytarılıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.