İyun 19, 2025-16:16
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Gənclər Kitabxanasında Koha sistemi ilə əlaqədar görüş keçirilib

2024:12:23 - 14:35
in MƏDƏNİYYƏT
A A

Koha Avtomatlaşdırılmış Kitabxana-İdarəetmə Sistemi ilə əlaqədar məsələlərin müzakirəsi məqsədilə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin Kitabxanalar və Yayımlar Baş İdarəsinin Texniki Xidmətlər şöbəsinin müdiri Hülya Dirican, şöbənin əməkdaşları Fərhad Öztürk və İsmail Karaca Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında olublar.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, qonaqlar kitabxananın ümumi iş prosesi, fondu, oxucu tərkibi, istifadəçilər üçün yaradılan şərait və onlara təqdim edilən xidmətlər haqda geniş məlumat əldə ediblər. Qeyd edilib ki, kitabxanada Koha sisteminin tətbiqinə bu ildən başlanılıb.

Kitabxananın direktoru Aslan Cəfərov qonaqlara hazırda proqramın işlədilməsi, yaranan çətinliklərin tezliklə aradan qaldırılması və qarşıda duran perspektivlər haqda danışıb.

Türkiyəli mütəxəssis Hülya Dirican qardaş ölkə Azərbaycanda səfərdə olmaqdan və ölkənin aparıcı kitabxanalarını ziyarət etməkdən böyük məmnunluq duyduğunu dilə gətirərək Türkiyədə Koha Avtomatlaşdırılmış Kitabxana-İdarəetmə Sisteminin tətbiqi, işlənib hazırlanması, yeni-yeni modullar və funksiyalar ilə təkmilləşdirilməsi barədə məlumat verib. O, Koha proqramının dünyanın 100-dən artıq ölkəsində tətbiq edildiyini, öz bilik və təcrübələrini bölüşmək istədiklərini bildirib.

Görüşdə kitabxana əməkdaşlarının sualları cavablandırılıb, proqramın işlədilməsində yaranan çatışmazlıqların tezliklə aradan qaldırılması istiqamətində müzakirələr aparılıb.

Əvvəlki Yazı

Rusiyanın İrandakı səfirliyi müdafiə strukturlarının tikintisi ilə bağlı məlumatları təkzib edib

Növbəti Yazı

Polşa yazda ukraynalı qaçqınların Aİ-dəki gələcəyini müzakirə edəcək

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.