Avqust 21, 2025-23:20
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Azərbaycan və Serbiya arasında bərpa olunan enerji sahəsində ikitərəfli əməkdaşlıq genişləndiriləcək

2024:12:23 - 15:19
in SİYASƏT
A A

Azərbaycan və Serbiya enerji təhlükəsizliyi, bərpa olunan enerji mənbələri, təhsil, elm, mədəniyyət, turizm kimi sahələrdə ikitərəfli əməkdaşlığı genişləndirəcək.

“Report” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Serbiya xarici işlər naziri Marko Curiç ilə birgə mətbuat konfansında deyib.

“Ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələri mövcud potensialı əks etdirməməsinə baxmayaraq, biz bu istiqamətdə daim işləyirik. Azərbaycan ilə Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya çərçivəsində mütəmadi görüşlər keçiririk. Enerji təhlükəsizliyi, bərpa olunan enerji mənbələri, təhsil, elm, mədəniyyət, turizm bu mənada genişləndirəcəyimiz ikitərəfli əməkdaşlıq sahələridir”,- Nazir qeyd edib.

C.Bayramov vurğulayıb ki, Azərbaycan ilə Serbiya arasında əlaqələr qarşılıqlı yüksək səviyyəli səfərlərin dinamizmi, mükəmməl siyasi dialoq, zənginləşən parlamentlərarası əlaqələr, beynəlxalq təşkilatlar çərçivəsində faydalı qarşılıqlı fəaliyyət, perspektivli iqtisadi əməkdaşlıq, eləcə də mədəni-humanitar mübadilələr ilə müşayiət olunur:

“Qarşılıqlı yüksək səviyyəli səfərlər ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynayır. Bu gün beynəlxalq təşkilatlar çərçivəsində bir-birimizə böyük dəstəyimiz var. Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməsi iqlim diplomatiyası sahəsində də əməkdaşlıq üçün yeni imkanlaryaradılıb. Əminik ki, Serbiyada keçiriləcək “EXPO-2027″ Sərgisi də xalqlarımız arasında tərəfdaşlığın inkişafına öz töhfəsini verəcək”.

Əvvəlki Yazı

Qobustanda doludan zərər çəkən fermerlərə aqrar sığorta ödənişləri edilib

Növbəti Yazı

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin Baş katibi Asəf Hacıyevdən

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.