Avqust 22, 2025-4:09
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Din Xadimlərinin Forumunda dünyəvi dövlətdə dini təhsil modelləri müzakirə edilib

2024:12:23 - 15:30
in SOSİAL
A A
Azərbaycanda din və təhsil bir-birindən ayrılıb və bu səbəbdən də hər kəsin seçim azadlığı var.

“Report”un məlumatına görə, bunu Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova Azərbaycan Din Xadimlərinin Forumu çərçivəsində baş tutan “Dünyəvi dövlətdə dini təhsil modelləri: Nəzəriyyə və praktika” mövzusunda panel müzakirələri zamanı deyib.

İlahiyyat İnstitutunun rektoru Aqil Şirinovun moderatorluğu ilə baş tutan panel müzakirələrində Azərbaycanda din və təhsilin əlaqəsindən danışan Ü.Səttarova bildirib ki, eyni məkanda həm təcrübəli dini xadimlərin, həm də pedaqoqların birgə çalışması uğurlu nəticəyə gətirib çıxara bilər.

Fəlsəfə üzrə doktor, dosent Elvüsal Məmmədov dövlətin dinə olan münasibətinin önəmindən bəhs edib:

“Dini təhsilin dövlətin əlində cəmləşməsi təhlükəsizlik baxımından önəmlidir. Sovet dövründə dini təhsildən söz gedə bilməzdi”.

AMEA Akademik Ziya Bünyadov adına Şərqşünaslıq institutunun din və ictimai fikir şöbəsinin müdiri Elnur Mustafayev klassik islam elmlərinin müasir gəncin şüuruna nüfuz etməsi üçün atılmalı olan addımlardan danışıb:

“Dini mənbələrdən düzgün şəkildə öyrənmək lazımdır. Din təhsili 5-ci sinifdən sonra başlanılmalıdır. İlahiyyat institutunda gələcəkdə yeni fakültəni təsis etmək olar. İslam elmlərinin müasir gənclərə xitab etməsi üçün din pedaqogikası fənninin tədris olunmasını təklif edirəm”.

Bakı İlahiyyat Kollecinin direktoru Mehman İsmayılov bildirib ki, din tədrisi təkcə pedaqoji məsələ deyil:

“Dini təhsil həm də milli kimliklə bağlı məsələdir. Dövlətin dini təhsilə sahib çıxması və dəstək olması da çox önəmlidir”.

Əvvəlki Yazı

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin Baş katibi Asəf Hacıyevdən

Növbəti Yazı

“AzerGold” sədri 3-cü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.