Cənubi Koreyanın Korea Aerospace Industries (KAI) şirkəti KUH-1 Surion helikopterlərinin tədarükü üçün 93,7 milyon dollarlıq müqavilə imzalayıb, bu barədə Yonhap agentliyi şirkətə istinadən məlumat yayıb.
Bu, Cənubi Koreyanın Surion helikopterlərinin xaricə ilk çatdırılması olacaq. Müqavilə 2025-ci ilin mart ayının sonundan 2029-cu ilin martına qədərdir.
Hazırda bu orta ölçülü helikopterlərdən təxminən 200-ü Cənubi Koreya ordusu tərəfindən idarə olunur, burada Surion həm döyüş tapşırıqları, həm də yüklərin daşınması üçün istifadə olunur. Surion 2012-ci ildə xidmətə başlayıb.
“Bu yaxınlarda hərbi vəziyyət elan edilməsi və prezidentin impiçmenti ilə əlaqədar siyasi qeyri-sabitliyin Koreya silahlarının xaricə ixracını ləngidə biləcəyi ilə bağlı narahatlıqlar var idi, indi biz Surion helikopterlərinin İraqa tədarükü ilə bu qorxuların aradan qalxacağını gözləyirik.” Bu barədə agentliyə Cənubi Koreyanın müdafiə sektorunun nümayəndəsi məlumat verib.
2022-ci ildə Cənubi Koreyanın silah ixracı 17,3 milyard dollar təşkil edib. 2023-cü ildə Cənubi Koreyanın 2027-ci ilə qədər dünyanın dördüncü ən böyük silah ixracatçısı olacağı təxmin edilir. (Tass)