İyun 16, 2025-0:06
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Gənc hüquqşünaslar üçün qış düşərgəsi təşkil ediləcək

2024:12:24 - 15:40
in SOSİAL
A A

Azərbaycanın Ədliyyə Nazirliyi, Almaniyanın Martin Lüter adına Halle Vittenberq Universiteti və ADA Universitetinin təşkilatçılığı, Azərbaycanın Gənclər Fondu və “Ədliyyə Könüllüləri” İctimai Birliyinin dəstəyi ilə yanvarın 14-18-də müxtəlif təhsil pillələrində təhsil alan, eləcə də məzun olmuş gənc hüquqşünaslar üçün Bakı və Lənkəran şəhərlərində “Lex Camp” düşərgəsi keçiriləcək.

Düşərgə çərçivəsində gənc hüquqşünaslar üçün “Mülkiyyət hüququ: müdafiə və məsuliyyət arasında” mövzusunda yerli və xarici mütəxəssislər tərəfindən müxtəlif nəzəri və praktiki təlimlər, seminarlar və keyslər üzərində iş təşkil olunacaq, rəsmilərlə panel görüşləri və digər maraqlı və səmərəli fəaliyyətlər icra olunacaq.

Düşərgədə iştirak etmək istəyən namizədlər üçün düşərgənin rəsmi-işgüzar dili və bütün rəsmi fəaliyyətlər ingilis dilində təşkil olunacaq. Düşərgədə təhsilin istənilən pilləsində hüquq ixtisası üzrə oxuyan və ya məzun olmuş 25 yaşadək şəxslər iştirak etmək üçün müraciət edə bilər.

“Lex Camp” qış düşərgəsində iştirak etmək istəyən şəxslər dekabrın 30-dək qeydiyyat linkinə (https://bit.ly/lexcampapplyform) daxil olaraq qeydiyyatdan keçə bilərlər. Qeydiyyat başa çatdıqdan sonra uyğun namizədlərlə müsahibə üçün əlaqə saxlanılacaq.Report.

Əvvəlki Yazı

İlham Əliyev Azərbaycan idmançılarını Qarabağ və Şərqi Zəngəzura səfər etməyə çağırıb

Növbəti Yazı

Rüfət Elçiyev: “ABAD” Azərbaycanın qeyri-maddi mədəni irsinin qorunub saxlanmasına öz töhfəsini verir

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.