Suriyanın yeni hakimiyyət orqanlarının lideri Əhməd əl-Şaraa 2025-ci ildə tərəfdarları ilə LGBT-lərin statusunu, qadınların geyim tərzini və spirtli içki qəbulu imkanlarını müzakirə edəcək. Bu barədə respublikada hakimiyyəti ələ keçirmiş “Həyat Təhrir əl-Şam” qruplaşmasının siyasi komitəsinin nümayəndəsi məlumat verib.
O, bunu Suriya keçid hökumətinin prioritetlərinin müzakirəsi kontekstində deyib, The Wall Street Journal qeyd edir . Xalidin sözlərinə görə, “seçkilər hələlik gözləməli olacaq”.
“Müxtəlif insanların fərqli mədəniyyətləri var. Suriyanın suriyalı kimliyi var və əhalisinin əksəriyyəti müsəlmandır”.