Yəmənin Ənsar Allah üsyançı hərəkatının husiləri Tel-Əviv yaxınlığındakı hərbi obyektə raket zərbəsi endirib. Bu barədə qiyamçıların yaratdığı silahlı qüvvələrin nümayəndəsi Yəhya Sariya bildirib.
“Yəmən silahlı qüvvələrinin raket qüvvələri Fələstin-2 tipli hipersəs ballistik raketi ilə işğal olunmuş Yaffa bölgəsində İsrail düşməninin hərbi hədəfinə zərbə endirib ”, – hərəkatın nümayəndəsi Al Masirah telekanalının husilərə aid efirdə bildirib. (Tass )