İsrail nümayəndə heyəti dekabrın 24-ü axşam saatlarında Qəzza zolağında saxlanılan girovların azad edilməsi ilə bağlı danışıqların aparıldığı Dohadan “daxili məsləhətləşmələr” aparmaq üçün yola düşəcək. Bu barədə İsrailin baş naziri Binyamin Netanyahunun ofisi məlumat yayıb.
“Mossad, Baş Təhlükəsizlik Xidməti və İsrail Müdafiə Qüvvələrinin yüksək səviyyəli üzvlərinin də daxil olduğu danışıqlar qrupu bir həftəlik mühüm danışıqlardan sonra bu axşam Qətərdən İsrailə qayıdacaq. Komanda İsraildə daxili məsləhətləşmələr üçün qayıdıb”. (Tass)