Naməlum şəxslər Əfqanıstanın şərqindəki Cəlalabad şəhərində (Nanqarhar əyalətinin inzibati mərkəzi) Hindistan konsulluğunun əməkdaşına hücum ediblər. Bu barədə Əfqanıstanın Ariana News telekanalı Nanqarhar polisinin mətbuat katibinə istinadən məlumat yayıb.
Onun məlumatına görə, hücuma məruz qalan şəxs əfqandır, Hindistan konsulluğunda tərcüməçi işləyir. Onun vəziyyəti ilə bağlı məlumat dəqiqləşdirilir. Yerli hakimiyyət orqanları hadisənin başvermə şəraitini araşdırır. (Tass)