Rumıniya Müdafiə Nazirliyi (MN) Rusiya raketinin Rumıniya hava məkanını keçməsi ilə bağlı xəbərləri təkzib edib.
“Ukrayna hərbi hakimiyyət orqanları tərəfindən Rumıniya hərbi hakimiyyət orqanlarına məlumat verilib ki, təxminən saat 07:30-da Ukraynanın Çernovtsi vilayətini vuran Rusiya raketi Moldova Respublikasının hava məkanını keçib və Rumıniyanın şimalında, Daraban kəndi yaxınlığında, təxminən iki dəqiqə havada olub”, – hərbi idarənin bəyanatında deyilir.
“Rumıniya hava nəzarət sistemlərinin monitorinqi məlumatlarına və Rumıniyanın məsuliyyət zonasında monitorinqi tamamlayan NATO ölkələri tərəfindən təqdim edilən məlumatlara əsasən, Rumıniyanın hava məkanının keçməsi təsdiqlənməyib”, – mesajda vurğulanır Müdafiə bütün halları aydınlaşdırmaq üçün bu vəziyyəti öyrənməyə davam edəcək”. (Tass)