Roma Papası Fransisk Katolik Milad bayramında dünyaya “qapıları açmağa”, Ukrayna və Yaxın Şərqdə silahı yerə qoymağa çağırıb.
“Gəlin Ukraynada silahımızı yerə qoyaq! Ədalətli sülhə nail olmaq üçün danışıqlara, dialoqa, görüşə qapıları açmaq iradəsi olsun. Yaxın Şərqdə silahlarımızı yerə qoyaq. Fikirlərimi xristian icmalarına ünvanlayıram. İsrail və Fələstində, xüsusilə də dəhşətli humanitar vəziyyətin hökm sürdüyü Qəzzada atəşi dayandırın, girovları azad edin, aclıqdan və müharibədən əziyyət çəkən əhaliyə kömək edin”, – pontifik Urbi et Orbi Milad müraciətində deyib.
Bir gün əvvəl o, 2025-ci il ərzində qeyd olunacaq Xristianlığın Yubiley ili ərəfəsində Müqəddəs Pyotr Bazilikasında Müqəddəs Qapıları açıb. “Qapılar açıqdır! Gəlin Rəbbə qovuşaq ! Bizi ayıran hər hansı divarları dağıdaq, nifrət və qisas ruhuna qalib gələk. Məsih sülhün qapısıdır!” – Papa elan edib. (Tass)