Suriyanın yeni hakimiyyət orqanları bu ölkədə Rusiya hərbi bazalarını saxlayarsa, Tallin Suriyaya yardım proqramlarını maliyyələşdirməyəcək. Bu açıqlama ilə Estoniyanın xarici işlər naziri Marqus Tsahkna çıxış edib.
“Rusiya bazaları orada qalmağa davam edərsə, biz Suriyaya maliyyə yardımı göstərməyə razı deyilik”, – ERR milli dövlət televiziya və radio portalı Estoniya Xarici İşlər Nazirliyinin rəhbərindən sitat gətirir.
Estoniya diplomatiyasının rəhbəri həmçinin bildirib ki, ölkə hakimiyyəti suriyalı qaçqınlar üçün müvəqqəti müdafiəni uzatmayacaq və evə qayıtmaq istəyən suriyalılara nəqliyyat xərcləri ilə kömək etməyəcək. (Tass)