İyun 19, 2025-14:07
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

AzMİU-da Qərbi Azərbaycanla bağlı rəsm sərgisi təşkil olunub

2024:12:26 - 16:03
in SOSİAL
A A

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “Qərbi Azərbaycan – qədim

tarixi yurdumuz” mövzusunda rəsm sərgisinin açılışı olub.

AzMİU-dan AZƏRTAC-a bildirilib ki, açılış mərasimində Ümummilli Lider Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin və dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən rektor Gülçöhrə Məmmədova vurğulayıb ki, Qərbi Azərbaycan bölgəsi Azərbaycanın qədim və zəngin tarixə malik ərazilərindən biridir. Bu sərgidə nümayiş olunan əsərlər Qərbi Azərbaycanın maddi və mədəni irsini, tarixi abidələrini və adət-ənənələrini əks etdirir. O, həmçinin Qarabağa və Şərqi Zəngəzura Böyük Qayıdışın davamı olaraq, Qərbi Azərbaycana da qayıdışın qaçılmaz olduğunu bildirib.

Qərbi Azərbaycan İcmasının aparat rəhbəri Qalib Qasımov çıxışında Qərbi Azərbaycan torpaqlarında aparılmış deportasiya və soyqırımlarının acı nəticələrindən danışıb.

Tədbirdə şəhidlərimizin ailə üzvləri, o cümlədən Birinci Qarabağ şəhidi Həsənquliyev Şirindilin bacısı Nazlıxanım Həsənquliyeva və İkinci Qarabağ şəhidi Rauf İbadovun atası Məhərrəm İbadov da çıxış edərək öz ürək sözlərini bölüşüblər.

Sərgi Azərbaycan torpaqlarının qədim və zəngin tarixini, milli-mədəni irsimizi tanıtmaq məqsədi daşıyır. Təqdim edilən əsərlər AzMİU-nun Memarlıq və Dizayn fakültələrinin tələbələri tərəfindən Təsviri incəsənət kafedrasının müəllimlərinin rəhbərliyi ilə hazırlanıb. Sərgidə 111 rəsm əsəri və 11 əl işi nümayiş olunub.

Sərgidə fərqlənən tələbələrin işlərinə diplomlar, digər iştirakçılara isə təşəkkürnamələr təqdim olunub.

Qeyd edək ki, bu cür tədbirlər Azərbaycan mədəniyyətinin qorunması və gənc nəslin milli irsə bağlılıq ruhunda tərbiyə olunmasına böyük töhfə verir.

Əvvəlki Yazı

Balakən sakini təyyarə qəzasında xəsarət alan həyat yoldaşı və oğlunun durumunu açıqlayıb

Növbəti Yazı

KOBİA: TDT ölkələrinin sahibkarlıq subyektləri ilə qarşılıqlı əməkdaşlığa dair təşəbbüslərimiz var

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.