İsrailin son 24 saat ərzində blokadada olan Qəzza zolağının müxtəlif bölgələrinə endirdiyi bombardmanlar və hava hücumları nəticəsində 40-a yaxın fələstinli həlak olub. Bu məlumatı anklavın Səhiyyə Nazirliyi təqdim edib.
Onun məlumatına görə, “son 24 saat ərzində İsrail ordusunun sektora təcavüzü nəticəsində 38 nəfər ölüb, 137 nəfər yaralanıb”. Səhiyyə Nazirliyi qeyd edib ki, İsrailin hərbi əməliyyatı başlayandan indiyədək “Qəzzada qurbanların sayı 45 399 nəfər olub, eyni dövrdə 107 940 nəfər yaralanıb”. (Tass)