İsrail aviasiyası üsyançı husilərin Ənsar Allah hərəkatının nəzarətində olan Səna və Hudeydə şəhərinə irimiqyaslı zərbələr endirib. Bu barədə TASS-a Yəmən hərəkatındakı mənbə məlumat verib.
Onun sözlərinə görə, ən azı yeddi zərbənin qeydə alındığı Səna beynəlxalq hava limanına hücum edilib. İsrail həmçinin Hodeyda limanına hücum edərək neft çənlərinə və enerji obyektlərinə üç dəfə zərbə endirib.
“İsrail təyyarələri Səna hava limanına və yaxınlıqdakı Ed-Daylami aviabazasına 7 zərbə endirib. Daha üç zərbə isə Hodeyda limanının infrastrukturuna, o cümlədən neft çənləri və enerji obyektlərinə endirilib”, – mənbə bildirib.